SoilCredit “Startup School 4: Five Continents – 500 Startups” Demo Day finalında iştirak edib
31 oktyabr 2026-cı il tarixində Bakı şəhərindəki Sabah.city məkanında keçirilən “Startup School 4: Five Continents – 500 Startups” Demo Day tədbirində finalçılar sırasında yer alan SoilCredit komandası innovativ biznes modelini və texnoloji həllərini təqdim edib.

SoilCredit “Startup School 4: Five Continents – 500 Startups” layihəsinin Demo Day finalında iştirak edib
31 oktyabr 2026-cı il tarixində Bakı şəhərində yerləşən Sabah.city məkanında “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya və akselerasiya layihəsinin final mərhələsi çərçivəsində Demo Day tədbiri keçirilib.
Tədbirdə final mərhələsinə yüksələn SoilCredit komandası da iştirak edib. Komanda öz innovativ biznes modelini, texnoloji həllərini və gələcək inkişaf perspektivlərini iştirakçılara və münsiflər heyətinə təqdim edib.
SoilCredit torpaq resurslarının səmərəli istifadəsini təşviq etmək, süni intellekt və peyk texnologiyalarından istifadə etməklə torpaqların karbon udma potensialını qiymətləndirmək və karbon kreditləri bazarına innovativ yanaşma gətirmək məqsədi daşıyan startap layihəsidir.
Demo Day SoilCredit komandası üçün layihənin inkişafı, yeni əməkdaşlıqların qurulması və innovativ ideyanın daha geniş auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyətli platforma olub.
Komanda olaraq bu mərhələdə iştirak etməkdən məmnunuq. SoilCredit-in inkişafı və ekoloji dayanıqlılığa töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdiririk.
SoilCredit – Soil to Credit, Credit to Future.